Məni tənha qoyub getmə heç yana, Səni səndən ötrü darıxanın var, Qoyma ki, ürəyim ot tutub yana, Səni səndən ötrü darıxanın var,
Gönlümü həsrətin dağıdıb didir, Bütün sevgililər görüşə gedir, Ay gülüm səndəki, bu inad nədir, Səni səndən ötrü darıxanın var,
Səsimi yetirsin sənə küləklər, Sevgi ünvanlıdır arzu diləklər, Lakin dostların sənə deyəcəklər, Səni səndən ötrü darıxanın var,
Bəzən düşünürəm bu həsrətlə mən, Sizin evə qədər gələ bilərəm, Qoy bilsin bütün el, eşitsin aləm, Səni səndən ötrü darıxanın var.
Ürək sözüm
Biz ki, unutmuşduq ilk məhəbbəti Ah, bu qəfil görüş kaş olmayaydı Mənim ürəyimdə eşqin həsrəti Sənin gözlərində yaş olmayaydı
Mən də bəxtəvərəm, sən də bəxtəvər Bəs bu hicran nədir, bu məlal nədir? Saxlama qoy gedim gözləyənim var Gedimmi? Bir "hə" de, o sual nədir?
Dayanma qarşımda günahkar kimi Mən ki, günahını bağışlamışam. Hələ qəlbi geniş adamlar kimi Sənin toyunu da alqışlamışam.
Niyə zilləmisən gözlərini sən? Mənə əvvəlki tək baxma, amandır Mən ki, əl çəkmişəm məhəbbətimdən Qəlbimi odlara yaxma, amandır.
Gəl nə peşiman ol, nə qəlbini sıx. Çətindir o günə qayıtmaq, çətin Əvvəli sevgidir, sonu ayrılıq Taleyi gətirmir ilk məhəbbətin
Qoy bu ürək sözüm getməsin hədər Məni sevirsənsə ismətini sev. Mən öz sevgilimi sevdiyim qədər Səndə öz ailəni, qismətini sev.
Ürəyim odlanır səni görəndə
Bir zaman sevirdim mən səni ey yar, O sevgi indi də qəlbimdə yaşar, Bunu artıq bilir bütün aləm, diyar, Ürəyim odlanır səni görəndə.
Mən səni sevirdim, sənsə sevmədin, Sevgi nə olduğun bir an bilmədin, Bir yerdə olmağı sən istəmədin, Ürəyim odlanır səni görəndə.
Ürəyim odlanır, sən mənə inan, Heç zaman danışmaram mən sənə yalan, Buna şahid olsun, müqəddəs Quran, Ürəyim odlanır səni görəndə.
Yanıram, yanıram mən odlanıram, Sənin həsrətindən parçalanıram, Bundan sonra mən niyə yaşayıram, Ürəyim odlanır səni görəndə.
Məndən ayrılmısan, tənha qalmısan, Amma unutma ki sən aldanmısan, Deyəsən, sən indi peşman olmusan, Ürəyim odlanır səni görəndə.
Amma artıq heç nə dəyişməyəcək, Bu qəlb səni bir də sevəbilməyəcək, Ötən günlər geri dönəbilməyəcək, Ürəyim odlanır səni görəndə.
Yadına düşmədim
Çox qəmgin, çox qüssəlı dolanırdım həyatda, Məni sevindirməzdi şənlik də, toy-büsat da, Məni sevən bir gözəl yox idi məxluqatda, Bu dərd ilə yaşayıb ağrısına düşmədim.!
Sevdi məni bir gözəl, heç özü də bilmədi, O da mən sevərmiş, heç ağlıma gəlmədi, Dərdimdən o yar mənim, güya ki, dincəlmədi, Mən bağlandım o yarə, anlamına düşmədim!
Mənə sığınardı o, isinib əllərimlə, Bütün gözəlliklərin paylaşardı mənimlə, İnandım hər sözünə bütün qətiyyətimlə, Dərrakəmin qıyy vuran qanadına düşmədim!
"Niyə məhz mən?" deyəndə, dedi:"Budur niyyətim", Onu qane edirdi mənim hər keyfiyyətim, Hər şey idi onunçün mənim səmimiyyətim, Həyatın bundan gözəl muradına düşmədim!
Gəldi bir sınaq günü, boran oldu, qar oldu, Bütün keyfiyyətlərim o yarə izhar oldu, Cəzam ürəyindəki eşqi sönən yar oldu, Daha bu gözəlliyin girdabına düşmədim!
Mənim üçün darıxıb gecə yata bilməyən, Həmişəlik qəlbinə salıb ata bilməyən, Mənim ilə yaşayıb, mənə çata bilməyən, O yarın bu sübh çağı mən yadına düşmədim!
Hamıdan bacarıqlı, hamını üstələyən, Dünyada məşhur olub barmaqla göstərilən, Yalnız belələridir xoşbəxt olub sevilən Mənsə belələrinin dırnağına düşmədim!
Təbiətlə vuruşma, bir ondadır həqiqət, Yalnız bu həqiqətdən yaranıbdır cəmiyyət, Bunu öz axarıyla tələb edir təbiyyət, Lakin mən təbiyyətin axarına düşmədim!
Hardasan göz nurum,Hardasan indi
Çıxıb uca dağabaxdım sol sağa, Dərdimi danısşdım bir daşa dağa. Gözüm het zillənib baxır yollara, Hardasan göz nurum hardasan indi.
Bax gülüm solubdu canım dərdindən, İnan heç bezmədim sənin sevgindən. Məni ayrı salma o nur üzündən, Hardasan göz nurum hardasan indi.
Taqətdə qalmıyıb dözməyir bu can, Sən gəlmirsən onda mən gəlim dayan. Məni təkcə anlayan duyan, Hardasan göz nurum hardasan indi.
Bir duysam səsini bir il bəsimdi, Sevginə bil möhtac mənim qəlbimdi. Həsrətlə uzanan sənə əlimdi, Hardasan göz nurum hardasan indi.
Qoyma həsrətindən yanam alışam, Dərdimi danısşdım əridi bir şam. Otağım qaranlıq nursuz qalmışam, Hardasan göz nurum hardasan indi.
Artıq ürəyimdə dayanmır dərdə, İşıqsız bir yerdə qəlbim əlində. Ürək çox kiçikdi dözməz bu dərdə, Hardasan göz nurum hardasan indi.
Nə olar bir səs ver səsimə mənim, Bir sözun bəs edər yanına gəlim. Ağlamaqdan daha bezib gözlərim, hardasan göz nurum hardasan indi.
Daha yazmayacam ayrılıq sözün, Yenə zillənəcək yollara gözüm. Nursuzdu yolları bu gözüm, Hardasan göz nurum hardasan indi.
Qoyma düşmənlərin baxıb gülsünlər, Qoyma dərt sərini onlar bilsinlər. İzin ver göz yaşın dostlar silsinlər, Ağlama ürəyim ağlama daha.
Sən layiq deyilsən bu göz yaşına, Sevdiyin daş saldı sənin başına. Ağlamaq yaraşmır sənin yaşına, Ağlama ürəyim ağlama daha.
Həyatdan ağrılar çox görmüsən sən, Bilirəm o şəxsi çox sevmisən sən. Onun yoxluğunda yaş tökmüsən sən, Ağlama ürəyim ağlama daha.
Yoxsa peşmansanmı sən sevdiyinə, Təkcə özün inan öz bildiyinə. Ağlamaqdan qurtar get sevdiyinə, Ağlama ürəyim ağlama daha.
Satlar tez ötdü dəyqələr bitdi, Bu da bir taledi tez gəldi keçdi. Göz yaşı faydasız ağlamaq gecdir, Ağlama ürəyim ağlama daha.
Sən yoxsan
Sən yoxsan işıqlı dünyam qaralıb, Sən yoxsan qara saçım ağarıb. Fikrim xeyalım sanki dağılıb, Ey fikrim xəyalım söylə hardasan?.
Ağlama deməkdən gecələr bezdi, Sanki gecələrdə eşq dərdindədir. Dağlara danışdım dağlar diz çökdü, Deməli bu ürək gör nə gündədir.
Eşqinlə danışdım gözlər qan tökdü, Qəddimi bir tək o vefasız bükdü. Həyatda bu mənə ən ağır yükdür, Qaldıra bilmədim qəlbim də çökdü.
Həsrətində gözlər birdə mən qaldım, Sevgidən həyatda dərsimi aldım. Elə vurdun ki sən yıxılıb qaldım, Səni isə bəxtsizlər yanına atdım
Öldürən baxışlar
O süzgün baxışdan öldüm əzizim, Hər baxışın mənə bir işgəncədir. Baxışların oldu sevda dənizim, Gülən baxışların qəlb sevincimdir.
Gözümə zillənib baxanda gözlər, Sanki bir dikanı battı hər gülün. Elə ki çəkildi o gülən gözlər, İndi de əzizim mən necə gülüm.
Bəzən baxışların sevincim oldu, Kədəri qoymadı bir dəyqə yaxın. O baxış bəzəndə bir him-cim oldu, Bəzən ürək deyir bir az çox baxın.
Güldürmə demə ki baxmıram sənə, Sevən gözlər heç vaxt yalan söyləmir. Sevirəm denən sən mənə bir dənə, Gözlər yorulubdur tabda gətirmir.
İlk dəfə gözlərin baxanda mənə, Bir anlıq qırıldı qolum qanadım. Elə hey baxırdın mənə, Sevgi nə deməkmiş onda anladım.
Qələmin bəs dedi gedirəm indi, Deyir yenə baxar dur get yanına. Gördüm yenə baxdın qəlbim sevindi, Gözlərim hey baxır gələn yoluna.
Axtaracaqsan
Sən gətirdin ayrılığı ömrümə Sən bəxş etdin bu həsrəti könlümə Məni atsan belə düşüb tilsimə Hər yerdə bil məni axtaracaqsan
Bir yelkənə dönüb sonsuz dəryada Yuxuna gələcəm yatsan röyada Məni gəzəcəksən hər an xəyalda Xülyanda sən məni axtaracaqsan
Nədən ayrıldıq biz bir düşün özün Nədən kədərlərə qərq olub üzün İtmiş qismətini gəzəcək gözün Talendə sən məni axtaracaqsan
Qəmli olacaqsan sən güləndə də Kövrək dinəcəksən sən dinəndə də Nişana şadlığa sən gedəndə də Məclisdə tək məni axtaracaqsan
Olmayacam o zaman yanında sənin Qəlbində ruhunda canında sənin Başqası əlindən tutanda sənin Mənim əllərimi axtaracaqsan
Sənsiz yaman darıxmışam...
Ürəyimdə suxurlanmış məhəbbətin izlərini, Baxışınla yaşadarsan ilk eşqimin bənzərini , Bu dünyaya dəyişmərəm şəfəq sacan gözlərini, Od almışam sifətindən , axıb sənə qarışmışam Sənsiz yaman darıxmışam!
Bir haray var gəncliyimdə, qoyammıram ona bir ad Gör nədəndir? Eşqimizdən ərşə qalxıb nalə,fəryad Bu ayrılıq günlərində bircə kərə olsaydıq şad, Deyə bilməm, bəxti kəməm, dərdli-qəmli yaranmışam Sənsiz yaman darıxmışam!
O gülüşün nə şirindir, həsrətinsə yaman cətin Mən soyuyub buza döndüm, qızdırarmı hərarətin? Bir gizlicə, bir alovlu, bir bəlalı məhəbbətin Alovunda tüstülənib, yanıb-yanıb kül olmuşam Sənsiz yaman darıxmışam!
Elə bilmə sakit-sakit inildəyən mən bir neyəm, Elə bilmə saclarına sıgal cəkən bir küləyəm, Uzaqdasan...Xəyalınla yaşayıram , elə bil ki səninləyəm Harda olsam seni hər an düşünməyə calışmışam Sənsiz yaman darıxmışam! Sənsiz yaman darıxmışam!